Rusiya səfiri: Lapşin işinin obyektiv və ədalətli həllinə inanırıq
10.02.2017 1024 0.0 0

“Azərbaycan tərəfi Rusiya-Azərbaycan razılaşması üzrə öhdəliklərini yerinə yetirib”.

 

Məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “İnterfaks-Azərbaycan”a müsahibəsində bloger Aleksandr Lapşinin işi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, səfirlik Rusiya vətəndaşının saxlanması ilə bağlı vaxtında məlumatlandırılıb: “Fevralın 9-da, yəni, demək olar ki, bizim sorğumuzun göndərilməsindən bir gün sonra konsulluq işçisi Lapşinlə görüşüb. Gördük ki, həmin şəxsin saxlanma şəraiti normaldır, onun şikayəti yoxdur, vəkil müdafiəsi ilə təmin olunub. Səfirlik beynəlxalq hüquq normalarına və Azərbaycan-Rusiya razılaşmalarına uyğun olaraq Lapşin işinin obyektiv və ədalətli həllinə inanır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar