Rusiya raketlərinin İrana düşməsi iddiasına cavab verildi
13.10.2015 561 0.0 0

Sosial şəbəkədə Xəzər dənizindən rusların Suriyaya atdığı raketlər İran ərazisinə düşməsi ilə bağlı fotolar yayılıb.

Məlumata görə, təsvirlərdə kiril əlifbasıyla yazılmış "TEV" və "ABBU"nun abreviaturaları və mikrosxemləri görünür. Amerika kəşfiyyatının məlumatlarına əsasən, ən azı dörd raket İran ərazilərinə düşərək partlayıb. Bir mənbə bildirib ki, bu sadəcə texniki qəza ola bilirədi, ancaq telekanalın başqa həmsöhbəti bunu təsdiq edə bilməyib. Həmçinin məlum deyil ki, raketlər hara düşüb. 

CNN xatırladır ki, Xəzər donanmasının gəmiləri Xəzər dənizində qərarlaşıb. Bildirilir ki, Suriyanı vurmaq üçün onlar İran və İraq ərazısindən uçmalıdır. Rusiya öz növbəsində bu xəbəri təkzib edərək, raketlərin təyin olunan ərazilərə düşdüyünü qeyd edib. Rusiya Müdafiə Nazirliyi qanadlı raketlərin İrana düşməsi haqqında CNN xəbərlərini təkzib edib. 

"Xəzər flotiliyasının gəmilərindən atılan bütün raketlər Suriyada öz hədəflərini tapıb", - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

 

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü

Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığı barədə rəsmi açıqlama verib. Bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

 

"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib. Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - deyə prezident bildirib.

 

 


Xəzərdən İŞİD-in vurulma marşrutu

Rusiya Müdafiə Nazirliyinin yaydığı videoyazıda raketlərin uçuş trayektoriyası göstərilib. Həqiqətən, onlar İran və İraq əraziləri vasitəsilə uçurdular. Hədəf isə Suriya idi. Raketlər "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" raket gəmilərindən vurulub. Hədəflər qanadlı raketlərlə vurulub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar