Rusiya qoşunları daha 50 il Suriyada qalacaq
14.07.2017 640 0
Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib.
Məlumata görə, sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.
Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları qeyd olunub.
Sənədə əsasən, Suriyadakı maddi-texniki təminat məntəqəsinin və digər obyektlərin xarici mühafizəsi Suriya tərəfindən həyata keçiriləcək.
Daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində əmin-amanlığın qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.
Qeyd edək ki, müqavilənin müddəti 49 ildir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər