Rusiya qırıcıları Ermənistan səmasında
15.01.2016 573 0.0 0

Rusiya pilotları Ermənistanın "Erebuni" təyyarə bazasında Miq-29 qırıcıları ilə uçuşlar keçirirlər.

Məlumata görə, bu barədə Rusiya Cənub hərbi darəsinin mətbuat xidməti xəbər verib.

Uçuşlar əsasən yüksək hündürlüklərdə mürəkkəb hava şəraitində keçirilir. "Yerinə yetirilən uçuşların əsas xüsusiyyəti gənc pilotlara məhdudlaşdırılmış uçuş zolağını başa salmaq və qırıcıların dövlət sərhədinə yaxın ərazidə enişini öyrətməkdir. Pilotlar tərəfindən uçuşların həyata keçirilməsi 10 saatdan çox, ümumilikdə 30 uçuşa qədər nəzərdə tutulub", - deyə məlumatda bildirilir.

 


Mi 24P - hücum helikopteri

 

Məşqlərin başlanğıcında pilotlar uçuş və enmə üzrə normativləri yerinə yetirəcəklər. Həmçinin müəyyən edilmiş marşrutlar üzrə dağlıq ərazilərdə uçuşlar olacaq. Fevralın ortasından pilotlar qrup halında dağlıq yerlərdə sadə və mürəkkəb idarə etməni yerinə yetirməyə başlayacaqlar.

 

Bir neçə gün öncə Rusiya Ermənistanda yerləşən hərbi bazasını gücləndirib. Ermənistanın paytaxtı İrəvanda yerləşən Erebuni hərbi bazasına 7 ədəd müasir Mi 24P hücum və Mi-8 MT nəqliyyat helikopteri göndərilib. Helikopterləri bazada yerləşən MiQ-29 qırıcılarının xüsusi dayanacağında yerləşdiriblər. Yaxın bir ay ərzində helikopterlərə baxış keçiriləcək və pilotlar sınaq uçuşları həyata keçirməyə başlayacaqlar.



Erebuni hərbi bazası xəritədə

Rusiya Cənub hərbi darəsinə aid hərbi baza Erebunidə 1995-ci ildə formalaşdırılıb. 1998-ci ildə bazaya Rusiyadan MiQ- 29 qırıcıları dislokasiya edilib. 2001-ci ildə Erebunidə yerləşən hərbi hissələrdən aviasiya bazası formalaşdırılıb ki, bu bazada Gümrüdə yerləşən hərbi bazanın hava komponetninə çevrilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar