Rusiya prezidenti Panama ofşorları barədə sualı cavablandırıb
14.04.2016 608 0.0 0

"Panama arxiv"i barədı araşdırmanın müəllifləri səhvə yol veriblər". Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa bağlantı zamanı sualları cavablandırarkən deyib.
"Rusiyada çox şey təsəvvür eləmək olar, amma skripka və violonçel ilə rüşvət verilməsi faktını xatırlamıram", - deyə Rusiya prezidenti əlavə edib.
Prezidentin sözlərinə görə, hərdən ona elə gəlir ki, bu məlumatları jurnalistlər yox, hüquqşünaslar yazır. V.Putin qeyd edib ki, belə məqalələrdə kiminsə ünvanına birbaşa ittiham irəli sürülmür.
Qeyd edək ki, daha əvvəllər Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu Panama ofşorları barədə material nəşr edib və orada Vladimir Putinə yaxın insanlara mənsub hesabların olduğunu iddia edib. Söhbət ilk növbədə Rusiya prezidentinin uşaqlıq dostu, virtuoz musiqiçi Sergey Roldugin və "Rusiya" bankının səhmdarlarından olan Yuri Kovalçukdan gedir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar