Rusiya ordusu Ukraynanın Trostyanets şəhərini ələ keçirib
05.03.2022 351 0.0 0

Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

UNİAN-a istinadən xəbər verilir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir.

"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə gedəcəkləri halda güllənəcəkləri xəbərdarlığı edilib”,- deyə Jivitski bildirib.

O, həmçinin qeyd edib ki, bütün mağazalar talan edildiyində sakinlər ərzaq və digər malları ala bilmirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar