Rusiya ordusu hücuma keçir?
21.03.2015 816 0.0 0

Rusiya ordusu heç bir ölkəyə hücum etməyə hazırlaşmır.

Məlumata görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov 102 ölkənin hərbi attaşesi ilə görüşündə bildirib.

"İstəyirəm ki, mənə qulaq asasınız. Əmin olun ki, bizim heç bir ölkəyə hücum etmək fikrimiz yoxdur. Ötən ilin sonunda Rusiya prezidenti Vladimir Putinin təsdiqlədiyi yeni hərbi doktrina ölkənin müdafiəsi, milli təhlükəsizlik təmin etmək üçün xüsusi sənəddir. NATO son vaxtlar Rusiya sərhədləri yaxınlığında xeyli fəallaşıb, genişmiqyaslı hərbi təlimlər keçirirlər. Şərqi Avropa ölkələrindəki bazalarını hərbi texnika ilə doldurublar", - deyə Antonov bildirib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlərdə şəxsi heyətin sayı 80 min nəfəri, 220 aviasiya texnikası iştirak edib.

Martın 16-dan başlayan və 5 gün davam edən təlimlərin məqsədi Rusiya silahlı qüvvələrin döyüş hazırlığını yüksəltmək və ordunun döyüş qabiliyyətinin yoxlanılmasıdır.

Hərbi təlimlərdən videoları sizə təqdim edirik./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar