Rusiya nüvə silahı ilə hədəyə başladı
23.03.2015 652 0.0 0

Rusiya  ABŞ nəzarətində olan NATO-nun raketdən müdafiə proqramına qoşulmaq istəyən  Danimarkanı hədələyib.

Rusiyanın Kopenhagendəki səfiri Mixail Vanin  "rəsmi Danimarkanın bu proqrama qatılmasınının nəticələrini tam olaraq qavradığını sanmıram. Əgər bu olsa, Danimarka döyüş gəmiləri Rus nüvə raketlərinin hədəfi olacaq " deyə təhdidli açıqlama verib.

Daha sonra Vanin, "əlbəttə ki bu qərar sizdən aslıdır, lakin xatırlatmaq istəyirəm ki, burada itriləcək maliyyə və təhlükəsizlik var" deyə billdirib.

Jyllands- Posten qəzetinə açıqlama verən Rusiya səfiri Mixail Vanin, ölkəsinin raketdən müdafiə layihəsinə qarşı olduğunu bir daha vurğulayaraq, "Danimarka Rusiyaya qarşı təhlükənin bir hissəsi olacaq, və bu bir sülh hesab olunmur. Münasibətlər korlanacaq "deyə bildirib.

 

NATO rəsmisi Oana Lungescu isə Rusiyadan gələn bu təhdidə sərt cavab verib. Lungescu Danimarkanın NATO üzvü olduğunu xatırladaraq, "NATO bütün müttəfiqlərini hər hansı bir təhdidə qəsrin qoruyur"  deyə bildirib.

Lungescu, "Bunu açıqca ifadə edirik: Raketdən müdafiə etmə sistemi Rusiya və ya da başqa bir ölkəyə qarşı bir tədbir deyil. Bu hər hansı bir raket hücumundan qorunmaq üçün bir addımdır " deyə açıqlama verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar