Rusiya neft hasilatı üzrə dünya rekordunu yeniləyib
03.01.2016 545 0
Rusiya 2015-ci ildə neft hasilatı üzrə özünün təsis etdiyi dünya rekordunu yeniləyib.
"İnterfax" agentliyinin Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən yaydığı məlumatda, il ərzində ölkədə 534 mln. ton neft və qaz kondensatın çıxarıldığı bildirilir.
İdarədən verilən məlumata görə, bu, 2014-cü ildə hasil edilmiş həcmlərdən 1,4 faiz artıqdır. 2015-ci il ərzində Rusiyadan ixrac edilən neft emalı məhsullarının həcmi də artıb.
"Report" BBC-yə istinadən qeyd edir ki, Rusiyada neft artımı ilə yanaşı təbii qaz hasilatında azalma müşahidə olunur. Ötən il çıxarılan qaz həcmləri təqribən 1 faiz azalaraq 635 mlrd. kub metr təşkil edib./musavat.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər