Rusiya müvəqqəti yaşamaq icazəsinin verilməsi üzrə kvotanı azaldıb
24.11.2017 1230 0.0 0

Rusiyanın Baş naziri Dmitri Medvedev 2018-ci ildə əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə yaşamaq icazəsinin verilməsi üzrə kvotanı 19,8 min azaltmaq barədə sərəncam verib. 

Bu barədə "Kommersant"a istinadən xəbər verilir.

Qeyd olunur ki, 2017-ci ildə müvəqqəti yaşamaq icazələrinin sayı 110 160 təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 90 360 olacaq.

Xatırladaq ki, bu il noyabrın 22-də Rusiya hökuməti ölkəyə daxil olmaq üçün yeni növ - müvəqqəti yaşamaq icazəsi almaq üçün vizanı təsdiqləyib. Belə vizalar Rusiya Daxili Nazirliyinin ərazi orqanının xarici vətəndaşa müvəqqəti yaşamaq icazəsi verilməsi barədə qərarı olacağı təqdirdə diplomatik nümayəndəlik və ya konsulluq qurumları tərəfindən veriləcək. Bu cür vizalar yalnız birdəfəlik ola bilər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar