Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi, polkovnik Aleksandr Berejnoy həbs olunub.
"Kommersant" nəşrinə istinadən verilən xəbərə görə, o, rüşvət və fırıldaqçılıqda ittiham olunur.
A.Berejnoy Sankt-Peterburq şirkəti "Profbiznes" ilə xüsusi avadanlıq təchizatı üçün imzalanmış müqavilənin icrası zamanı 20 milyon rubl mənimsəməkdə, eləcə də biznesmenləri himayə etməyə və yeni müqvilələrin imzalanmasına yardım göstərməyə görə onlardan 368 milyon rubl rüşvət almaqda günahlandırılır.
Onun haqqında Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ( "geniş miqyasda Rusiya Federasiyasının ictimai vəzifə tutan bir şəxs tərəfindən rüşvət alma") və 290-cı maddənin 6-cı bəndinə ( "mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə geniş miqyasda fırıldaqçılıq") əsasən cinayət işi açılıb.
A.Berejnoyun vəkili həbs qərarına qarşı çıxsa da, Moskva Rayon Hərbi Məhkəməsi onun etirazını qəbul etməyib./apa/