"ABŞ tərəfinin məlum fəaliyyətini 2015-ci ildə Suriyaya dair imzalanan Memorandumun kobud şəkildə pozulması kimi qiymətləndiririk".
Məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
O, Rusiya Müdafiə Nazirliyinin Pentaqonla sözügedən memorandum çərçivəsində əməkdaşlığı dayandırdığını söyləyib: "ABŞ-ın zərbələri əsaslandırmaq üçün Dəməşqin 2013-cü ildə kimyəvi silahların qadağan olunması haqqında Konvensiyanı kobud şəkildə pozmasına dair ittihamları əsassızdır. Artıq demişik ki, Suriya qoşunları kimyəvi silahdan istifadə etməyib. ABŞ-dan Suriya ordusunun Han-Şeyhunda kimyəvi silahdan istifadə etməsinə dair sübutlarla bağlı izahat gözləyirik”.
Konaşenkov xatırladıb ki, 2013-2016-cı illərdə Suriya hökuməti kimyəvi silahların ləğvinə dair bütün tədbirləri yerinə yetirib. Onun sözlərinə görə, bütün ehtiyatlar məhv edilib ya Suriya ərazisindən çıxarılıb: “ABŞ administrasiyası dəyişir, amma Yuqoslaviya, İraq və Liviya bombardmanlarından bu vaxtadək müharibəyə başlamaq metodları dəyişmir. Diqqətinizə çatdırıram ki, Suriya aviabazasına endirilən raket zərbələrindən dərhal sonra İŞİD və “Ən Nüsra”nın Suriya qoşunlarına qarşı genişmiqyaslı hücumu başlayıb. Ümid edirik ki, silahlıların bu fəaliyyəti ABŞ tərəfi ilə razılaşdırılmayıb". /apa/