Rusiya MSK Putinin mətbuat katibinə irad bildirib
02.02.2018 702 0.0 0

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.

 

"Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat əlamətləri var idi”, - deyə o vurğulayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar