Rusiya MN Ukraynaya 140 tondan çox humanitar yardım göndərildiyini açıqlayıb
07.03.2022 405 0.0 0

Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin sakinlərinə 140 tondan çox humanitar yardımın çatdırılmasını təmin ediblər.

Bildirək ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Humanitar yardım ət və balıq konservləri, dənli bitkilər, bitki yağı, qablaşdırılmış su, çörək məhsulları və digər zəruri məhsullardan ibarət olub. Hər kəs öszügedən yardımı Xerson şəhərinin müxtəlif yerlərində, o cümlədən vilayət administrasiyasının yaxınlığındakı meydanda ala bilər", - məlumatda deyilr.

Xersonla yanaşı, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri də Rusiyadan yardım almağa başlayıblar./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar