ABŞ Suriyanın suverenliyi və bütövlüyünün qorunmasına dair vədlərə baxmayaraq, ölkəni parçalamağa çalışır. Məlumata görə, bu barədə "Krasnaya Zvezda" nəşrinə müsahibəsində Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirib.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın "əhəmiyyətli dəyişikliklər" etməyəcəkləri təqdirdə ölkəsinin nüvə sazişindən çıxacağı ilə hədələyib.
"Amerikalıların niyyəti bəllidir. Suriyanın suverenliyi və bütövlüyünün qorunmasına dair vədlərinə baxmayaraq, ölkəni parçalamaq. ABŞ-ın tabeçiliyində olan qüvvələr İŞİD terrorçuları ilə birləşiblər. Bu amerikalıların rəhbərliyi və nəzarəti altında baş verir",-deyə Aleksandr Fomin bildirib.
Nazir müavini qeyd edib ki, hazırda ABŞ separatçı niyyətli milli azlıqlara hərtərəfli dəstək göstərir.
"Amerikalılar kürdlər də daxil olmaqla milli azlıqların silahlı dəstələri ilə müəyyən oyun aparırlar. 40 minədək üzvü olan hansısa silahlı birləşmələrin nəzarəti altında təhlükəsizlik zonaları yaradırlar", deyə Aleksandr Fomin qeyd edib. /apa/