Moskva Böyük Britaniyadan 23 Rusiya diplomatının çıxarılmasına ən azı mütənasib cavab verəcək.
Bildirək kii, bu barədə Rusiyanın diplomatik dairələrindəki iki mənbəyə istinadən "İzvestiya" məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, Moskvada britaniyalı "tərəfdaşlar"a cavabın hazırlanmasına başlanılıb: "Londona qarşı cavab tədbirləri haqqında təkliflər tezliklə Rusiya prezidentinin masası üzərində olacaq".
"Britaniya diplomatlarının bir hissəsi Rusiyadan göndəriləcək. Bundan əlavə, daha kompleks cavab variantı hazırlanır", — deyə həmsöhbətlərdən biri söyləyib.
Onun sözlərinə görə, britaniyalılara qarşı Amerika ssenarisi reallaşdırıla bilər, yəni Rusiyanı tərk etmələri istəniləcək Britaniya diplomatlarının sayı 23-dən çox ola bilər./Report/