Su polosu üzrə kişilər və qadınlardan ibarət Rusiya komandaları çərşənbə axşamı keçirilən oyunda qalib oldu.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, B qrupunda liderliyi ələ alan qadınlardan ibarət komanda birbaşa yarımfinala vəsiqə qazandı və çərşənbə günü Serbiya ilə görüşə hazırlaşır. Qadınlar komandasının məşqçisi Andrey Belofastov qızların gənc olduğunu deyir:
Yunanıstan A qrupunda ilk görüşdə 3 xal qazanaraq siyahıda ön sıralara keçməyi bacarıb. Çərşənbə günü keçiriləcək 1/4 final oyununda Macarıstan İspaniyaya, İtaliya isə Hollandiyaya qarşı mübarizə aparacaq
"Nəticələr heç nəyi dəyişməyəcək, ancaq biz İspaniyanı məğlub edəcəyik" - çərşənbə axşamı Böyük Britaniyanı 16-4 hesabı ilə məğlub edən Anna Mandula (HUN) müsahibəsində bildirib.
2013-cü ildə Yeniyetmələr arasında Avropa çempionu titulunu qazanan Monteneqro kişilər arasında keçirilən təsnifat mərhələsində Rusiya komandası tərəfindən 11-8 hesabı ilə məğlub edildi. Və Rusiya bu qələbə ilə 1/4 finalda İspaniya - Rusiya qarşılaşmasına vəsiqə qazandı.
Kişilər arasında mübarizədə Yunanıstan Fransanı 16- 7 xal hesabı ilə məğlub edərək dörddəbir finalda Macarıstana qarşı mübarizəyə vəsiqə qazandı, Almaniya isə Xosvatiya ilə qarşılaşmasına Slovakiyanı 13-7 hesabı ilə məğlub edərək hazırlaşır. Serbiya çərşənbə günü dörddəbir finalın digər mərhələsində İtaliya ilə mübarizə aparacaq.