Rusiya Kamçatkada S-400 zenit-raket komplekslərini işə salıb
06.05.2016 860 0.0 0

Şərq hərbi dairəsinin komandanlığı S-400-ün nəzarət yoxlamasını sınaqdan keçirib. 

Rusiya mətbuatına istinadən xəbər verilir ki, Kamçatkada S-400 zenit-raket kompleksləri müəyyən uçan aparatlarla hava məkanının pozulması haqqında siqnal alınıb. Hədəflər tez aşkar olunub və dərhal məhv edilib. 

Tapşırığı çətinləşdirmək üçün hava hədəfləri, düşmən raket və təyyarələrini imitasiya edən obyektlər müxtəlif sürət və yüksəklikdə uçurulub. 

Hərbçilərin sözlərinə görə, uçuş imtahanı komandirlərə zenit-raket kopmleksləri ilə işlərin koordinasiya olunmasına imkan verib. /interaz/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar