Rusiya İŞİD-in barbarlığının görüntülərini yaydı - VİDEO
14.02.2017 1516 0
İŞİD terror təşkilatının 2016-cı il dekabr ayından nəzarət etdiyi 4 min illik Palmira şəhərindən son görüntülər dərc olunub.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc olunan görüntülər terrorçuların ikinci dəfə ələ keçirdikləri şəhəri yerlə-yeksan etdiyini ortaya çıxarıb.
İŞİD 4 min illik antik şəhəri 2015-ci ilin mayında ələ keçirib. Rusiya hava gücləri tərəfindən dəstəklənən Suriya ordusu 2016-cı ilin martında şəhəri geri qaytarıb. Antik şəhər həmin il dekabrın 12-də yenidən İŞİD-in əlinə keçib./Publika.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər