Rusiya İŞİD-i vurmasının görüntüləri (VİDEO)
30.09.2015 1100 0.0 0

İlk dəfə olaraq Rusiya Suriyanın Homs şəhərini bombalayıb. Nəticədə 15 nəfərin öldüyü, həyatını itirənlər arasında azyazşlı uşaqların olduğu da bildirilir.

ANS TV-nin məlumatına görə, Rusiyaya məxsus qırıcılar bir neçə saat əvvəl üsyançıların olduğu məntəqələrə aviazərbələr endirib.

Bir müddətdir üsyançıların nəzarətində olan Homs şəhərində vəziyyət gərginləşib. 

Artıq Rusiyanın müdafiə nazirliyi Suriyada üsyançıların mövqelərinə ilk aviazərbərlər endirdiklərini təsdiqləyib.

Aviazərbələrə məruz qalan bölgə prezident Bəşər Əsədin Suriyanın qərb hissəsində nəzarəti bərpa etməsi üçün vacib strateji əhəmiyyət kəsb edir.

Buna baxmayaraq Rusiyanın Müdafiə Nazirliyi əməliyyatlar zamanı məhz “İŞİD” silahlılarının hədəfə alındığını bildirib.

Əməliyyatlara Rusiya Federasiyası Şurası qoşunların ölkə xaricində istifadə olunmasını icazə verən qanun layihəsini təsdiq etdikdən və Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirdikdən sonra başlanılıb.

Bir müddət əvvəl Rusiya parlamenti hərbi qüvvələrin Suriyada üsyançılara qarşı əməliyyatlar keçirməsinə səlahiyyət verən qanun layihəsini səsverməyə çıxarmış, qanunvericilərin əksəriyyəti layihənin lehinə səs vermişdilər.

Verilən məlumatlara görə, layihəni Rusiya prezidenti Vladimir Putin parlamentin yuxarı palatasına təklif etmişdi. 

Millət vəkilləri layihəyə 162 səslə yekdilliklə səs veriblər. Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanov bu layihənin Bəşər Əsədin hərbi yardımla əlaqədar Vladimir Putinə müraciətindən sonra təklif olunduğunu məlumat verib.

Qanun layihəsi Rusiya ordusunun Suriyadakı əməliyyatlarda iştirak etməsini nəzərdə tutur. Bu əməliyyatlarda yalnız Rusiyanın aviasiyası iştirak edəcək.

Quru qoşunlarının Suriyaya yeridilməsi isə nəzərdə tutulmayıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar