Rusiya - İran oyunu bu ölkədə keçirilə bilər
14.04.2022 1131 0.0 0

Rusiya və İran milli komandaları arasında iyunun 2-nə planlaşdırılan yoldaşlıq oyunu Qətərin paytaxtı Dohada keçirilə bilər.

"Sport-express" nəşrinə istinadən xəbər verilir ki, görüşün 2022-ci il dünya çempionatının matçlarına ev sahibliyi edəcək stadionların birində gerçəkləşəcəyi gözlənilir.

Hər iki ölkənin futbol federasiyası bununla bağlı razılığa gəlib. Qətər də oyunu qəbul etməyə qarşı deyil. Amma hələlik FIFA-dan qarşılaşma ilə bağlı icazə alınmayıb.

Qeyd edək ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar