Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Sergey Donski İranın milli neft naziri Bidjan Namdar Zanqane ilə görüşüb. Tərəflər arasında neftçıxarma və qaz sahəsində gələcək əməkdaşlıq haqqında razılıq əldə olunub.
Məlumata görə, S.Donski deyib ki, İranın neft naziri ilə neft kəşfiyyatı və neftçıxarma sahəsində Rusiya şirkətlərinin iştirakının perspektivini müzakirə etdik. Həmçinin İran mütəxəssislərinin Rusiyanın neft üzrə təhsil müəssisələrində hazırlanması imkanları barədə fikir mübadiləsi apardıq.
Sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə keçirilən danışıqlarda isə İran ərazisində qara və əlvan metalların, kömür və başqa faydalı qazıntıların axtarışı sahəsində Rusiya geoloqlarının təcrübəsindən istifadə olunması, eləcə də İslam Respublikasının iqtisadiyyatının inkişafı üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib /anspress/