Rusiya hərbçiləri Suriyanın Afrin rayonundan çəkilir
19.01.2018 726 0
Rusiyanın 170 hərbçisi Türkiyənin antiterror əməliyyatı həyata keçirəcəyi Suriyanın Afrin bölgəsindən çıxarılır.
"Habertürk"ə istinadən xəbər verilir ki, Azad Suriya Ordusunun döyüşçüləri isə 20 avtobusla Türkiyənin Öncüpınar sərhəd-keçid məntəqəsindən keçərək Hələb əyalətinin Afrin rayonu ilə həmsərhəd olan Əl-Bab və Münbiç yaxınlığındakı bölgələrə dislokasiya edilib.
Rusiya hərbçiləri yanvarın 19-da Bakı vaxtı ilə saat 18:00-da Afrinin mərkəzindən 17 km cənuba çəkiləcək.
Qeyd edək ki, yanvarın 18-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akra və MİT sədri Hakan Fidan Rusiyaya səfəri zamanı Suriyadakı son vəziyyəti, habelə Afrində başlanması ehtimal olunan antiterror əməliyyatını müzakirə ediblər. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər