Rusiya FTX təyyarə qəzası ilə bağlı əsas versiyaları açıqlayıb
26.12.2016 736 0.0 0

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Qara dənizdə Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya uğramasının əsas versiyalarını açıqlayıb.

 

Məlumata görə, FTX bir sıra versiyaları nəzərdən keçirir. Bunlar təyyarə mühərrikinə kənar predmetin düşməsi, keyfiyyətsiz yanacaq, pilotun səhvi və texniki nasazlıqdır.

 

FTX terror aktı və diversiya versiyasını istisna edib. Məlumatda qeyd olunur ki, təyyarədə terror aktı və ya diversiya əlamətləri aşkarlanmayıb.
 

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar