Rusiya Ermənistanı belə məhv edəcək
26.05.2015 981 0.0 0

"Amerika hakimiyyəti balkan dövlətlərində və keçmiş SSRİ ölkələrində "rəngli inqilablar" yaratmaq niyyətindədir".

Məlumata görə, bunu amerikalı iqtisadçı və politoloq Pol Kreyq Roberts bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun nəzarət etməyə çalışdığı Ermənistanı, Qırğızıstanı və Makedoniyanı Ukraynanın taleyi gözləyir. O iddia edir ki, ABŞ bir neçə səbəbdən Makedoniyaya görünməmiş maraq göstərir. Elə ona görə də rəsmi Skopye Rusiyaya qarşı sanksiyaları dəstəkləyib və "Türk axını" qaz kəmərinin tikintisinə razılıq verib.

Politoloqun fikrincə, amerikalılar istəmirlər ki, Avropa Rusiya "mavi yanacağına" üstünlük versin. Amma Azərbaycandan Avropa İttifaqı ölkələrinə qazın çatdırılması haqqında alternativ layihəsinin reallaşdırmasını planlaşdırır. Bununla ABŞ özünə enerjidaşıyıcısılar bazarında liderliyi təmin etmək və Qərb dövlətlərində Moskvanın təsirini azaltmaq istəyir.

Pol Kreyq Roberts "Rusiya hücum altında" məqaləsində yazıb ki, ABŞ Ermənistanda, Qırğızıstanda və Özbəkistanda növbəti "rəngli inqilablar" planlaşdırır. Vaşinqtonun əsas məqsədi bu ölkələrin daxilində siyasi vəziyyəti, sabitliyi pozmaqla Rusiyaya təzyiqi gücləndirməkdir. 

Onun iddiasına görə, Vaşinqton şüurlu olaraq Minsk razılaşmasını pozmaq planı üzərində işləyir, eyni zamanda Ermənistanda, Qırğızıstanda və Özbəkistanda "rəngli inqilabları" təşkil etmək üçün və Rusiya sərhədi boyunca sabitliyi pozmaq üçün etibar edilmiş şəxslərini bu ölkələrə göndərir.

Amerikalı iqtisadçı onu da xatırladıb ki, NATO-un birinci katibi daha əvvəl Rusiya və Gürcüstan arasında sülh razılaşmasını tənbeh etdi. Bu razılaşma Gürcüstanın Cənubi Osetiyaya hərbi hücumunun qarşısını aldı. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üzrə beynəlxalq ictimaiyyətin səylərini çətinləşdirən bu razılaşmanı NATO-nun rədd etməsi barədə bəyanatının əsas məqsədi Vaşinqtonun əsas motivlərini gizlətməkdir. Çünki ABŞ Rusiya ilə sərhəddə - Polşada və Baltik ölkələrində müvəffəqiyyətlə reallaşdırdığı kimi Gürcüstanda da hərbi bazalar yerləşdirmək fikrindədir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar