Rusiya Dövlət Dumasının deputatı İsraildə ölüb
10.05.2017 637 0
Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının üzvü Vasili Tarasyuk İsraildə ölüb.
APA-nın "znak.com" saytına istinadən verdiyi məlumata görə, deputatın ölümü barədə xəbərlər onun həmkarları tərəfindən təsdiqlənib.
Hadisə mayın 6-da baş verib. V. Tarasyukun hansı şəraitdə həyatını itirdiyi məlum olmasa da, olayın İsraildə, Ölü dəniz sahilində baş verdiyi bildirilir. Rusiyanın İsraildəki səfirliyi 67 yaşlı rusiyalının öldüyünü təsdiqləyib, lakin hər hansı ad açıqlamayıb.
İsrailin İOL portalı feldşerə istinadən məlumat yayıb ki, hadisə yerinə gələn həkimlər plyajda huşsuz vəziyyətdə, nəbzi döyünməyən və nəfəs almayan kişi görüblər. Onların səyləri nəticə verməyib və həkimlər ölüm faktını qeydə alıblar.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər