Rusiya daha 4 ölkəyə məhsul embarqosu tətbiq edib
13.08.2015 593 0.0 0

Rusiya məhsul embarqosu tətbiq etdiyi ölkələrin siyahısını genişləndirib. 
 
Qazeta.info bildirir ki, bu  barədə APA BBC-yə istinadən xəbər verir. Məlumata görə, müvafiq qərarı Rusiya baş naziri Dmitri Medvedev qəbul edib. 

Sanksiyalar Albaniya, Çernoqoriya, İslandiya və Lixtenşteynə aid edilib. 
 
Ukraynadan məhsul gətirilməsinə məhdudiyyət isə Avropa İttifaqı ilə assosiasiya sazişi qüvvəyə minəcəyi təqdirdə tətbiq ediləcək. 
 
Qeyd edək ki, iyulun sonunda Çernoqoriya, Albaniya, İslandiya və Ukrayna Avropa İttifaqının Rusiya əleyhinə sanksiyaların müddətinin uzadılması ilə bağlı qərarına qoşulublar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar