Rusiya da sərt pul siyasətinə keçib
03.02.2017 1362 0
Rusiyada dar mənada pul kütləsinin (nağd pul, M0 aqreqatı) həcmi 21-27 yanvar həftəsində 8,71 trln. rubl (145 mlrd. ABŞ dolları) təşkil edib. "Rambler News Service"ə istinadən xəbər verilir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat verib. Məlumata görə, hesabat həftəsində M0 aqreqatı 1,4% və ya 125,5 mlrd. rubl (2,1 mlrd. dollar) azalıb.
Qeyd edək ki, M0 aqreqatı və ya dar mənada pul kütləsi (nağd pul) kredit təşkilatlarının kassalarında olan qalıq vəsait və məcburi ehtiyatlar istisna olmaqla Rusiya Bankı tərəfindən dövriyyəyə buraxılan nağd pulları əks etdirir. Xatırladaq ki, bir qədər əvvəl Türkiyə Mərkəzi Bankı da sərt pul siyasəti yürüdücəyi barədə açıqlama verib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər