“Belarusda keçirilən “Qərb” təlimləri Rusiya və Belarusun “böyük müharibə”yə hazırlığını göstərir”.
Publika.az xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti yazıb.
“Qərb” hərbi təlimləri Moskvanın “böyük müharibə”ni necə gördüyünü və planlaşdırdğını göstərir. Rusiya və Belarus orduları terrorçuluğa qarşı şərti əməliyyatları yerinə yetirirlər, amma əslində NATO ilə müharibəyə hazırlaşırlar. Rusiyalılar 2013-cü ildən hava və dəmir yolu ilə hərbçilərin böyük partiyasının göndərilməsini yerinə yetirirlər. Bu rəqibin öz güclərini səfərbər etmədən əvvəl onlara mümkün qədər az müddətdə zərbə vurmaq məqsədi daşıyır”, - Polşa nəşri qeyd edib.
Yazıda bildirilir ki, “böyük müharibə” başlanacağı halda Polşa ərazisinə sürətli hücumu gözləmək olar. Nəşr hesab edir ki, Rusiya və NATO arasında “böyük müharibə” olarsa, nüvə silahının tətbiqi ehtimalı yüksək olacaq: “Çünki Rusiya liderləri əla anlayırlar ki, onların şərti qoşunları NATO-nun qoşunlarına uduzur”.