Rusiya BMT TŞ-nin Suriyaya dair qətnaməsini bloklayıb
25.10.2017 626 0.0 0

Rusiya Suriyada kimyəvi hücumların araşdırılmasını 1 il müddətinə uzadılmasını nəzərdə tutan  BMT Təhlükəsizlik Şurasının qətnaməsini bloklayıb.   

 

“Röyters”ə istinadən verilən xəbərə görə, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizmi 2015-ci ildə hazırlanaraq TŞ tərəfindən yekdilliklə qəbul edilib. 2016-cı ildə mandat daha 1 il müddətinə uzadılıb. Onun müddəti noyabrın ortasında başa çatacaq. 

 

Sənədin əleyhinə Boliviya da çıxış edib, Çin bitərəf qalmağa qərar verib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar