Rusiya Baş Qərargahı qərarını açıqladı
25.11.2015 848 0.0 0

"RIA Novosti" agentliyinə istinadən verilən xəbərə görə, Rusiya Baş Qərargahı Türkiyə-Rusiya arasında yaşanmış son hadisədən sonra yeni tədbirlər alıb. Yeni qərarlara görə, Rus bombardman təyyarələrinə hər cür təhdidə anında cavab verə biləcək "ovçu" təyyarələr də yoldaşlıq edəcək. 

Rusiya Baş Qərargahının sözçüsü general-leytenant Sergey Rudskoi bildirib ki, rus donanmasının ən böyük hava müdafiə məqsədli iki döyüş gəmisindən biri olan "Moskva", Türkiyə-Suriya sularının birləşdiyi nöqtədə yerləşdiriləcək. 

"S-300"-lərə bənzər hava müdafiə sistemlərinə sahib "Moskva" döyüş gəmisi, hər hansı bir təhdidə anında cavab verəcək.
Bundan əlavə Rusiya Baş Qərargahı, Türkiyə ilə bütün hərbi əlaqələrin kəsilməsinə qərar verib./Bizimyol.info /


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar