Rusiya Baş Prokurorluğu Tereza Meylə yazışmalarını ictimaiyyətə təqdim edib
09.04.2018 1318 0.0 0

Rusiya Baş Prokurorluğu Böyük Britaniyanın baş naziri Tereza Meylə onun ölkənin daxili işlər naziri olduğu dönəmdəki yazışmalarını ictimaiyyətə təqdim edib.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Rusiya baş prokurorun müavini Saak Karapetyan bildirib. Sənədlər "Telegram"da qurumun kanalında təqdim olunub.

Belə ki, 2010-cu ildə S.Karapetyan Tereza Meyin adına Britaniya hökumətinin Boris Berezovskinin işi üzrə cinayət prosesinin iştirakçılarının təhlükəsizliyinin lazımi səviyyədə qorunmaması məsələsində şəxsi məktub göndərib. Bu müraciət də digərləri kimi, cavabsız qalıb.

"Son on beş il ərzində Böyük Britaniyanın səlahiyyətli orqanlarına hökmlərin icrası üçün şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya ilə bağlı 83 müraciət edilib. Bu sorğulardan 72-sində şəxslər ya cinayət törətməkdə ittiham olunur, ya da artıq Rusiya Federasiyasında toplamda 500 milyard rubl məbləğində vəsaiti oğurladıqlarına görə mühakimə olunublar", - S.Karapetyan bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar