Rusiya Baş Prokurorluğu Sankt-Peterburq metrosundakı partlayışı terror adlandırıb
03.04.2017 636 0.0 0

“Sankt-Peterburq metrosunda törədilən terror aktının bütün detallarını dəqiqləşdirmək üçün əlimizdən gələni edirik”.

Məlumata görə, bunu Rusiya Baş Prokurorluğunun sözçüsü Aleksandr Kurennoy “Vesti24” telekanalının efirində bildirib. 

“Partlayışın araşdırılması ilə istintaq orqanları məşğuldur. Prokurorluq tərəfindən başladılan yoxlama bütün incəliklərə toxunacaq. Buna nəqliyyat prokurorluğunun əməkdaşları da cəlb ediliblər”, - deyə Baş Prokurorluğun sözçüsü vurğulayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar