Rusiya Baş nazirinin müavini Bakıya gəlib
10.02.2015 731 0
İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.
Qazeta.info bildirir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub.
Bundan başqa, söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər