Rusiya Bankı uçot dərəcəsini 17%-ə endirib
08.04.2022 544 0.0 0

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin 3 faiz bəndi azaldaraq 20%-dən 17%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.

Qərar aprelin 11-dən qüvvəyə minəcək.

Xatırladaq ki, sonuncu dəfə Rusiya Bankı Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artıraraq 20 %-ə qaldırmışdı./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar