Rusiya Azərbaycanın hava məkanından keçməklə yük daşıyacaq
14.08.2017 752 0
Rusiyanın “AirBridgeCargo” yük aviaşirkəti Moskva-Bakı-Honq Konq marşrutu üzrə Bakı-Honq Konq məkanından keçmək hüququ ilə yükdaşıma icazəsi alıb.
Məlumata görə, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə komissiyasının protokolunda qeyd olunub.
Protokolda bildirilir ki, “AirBridgeCargo” aviaşirkəti həftədə dörd dəfə olmaqla Moskva-Bakı-Honq Konq marşrutu üzrə yükdaşımalar həyata keçirəcək.
Qeyd edək ki, “AirBridgeCargo” aviaşirkəti 2004-cü ildə yaradılıb./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər