Rusiya Azərbaycana izotop tədarük edəcək
04.03.2017 689 0
Azərbaycanda sterilizə qurğusunun işə salınması üçün lazım olan izotopların bir hissəsini Rusiya tədarük edəcək.
Bu barədə özəl olaraq Trend-ə “Nüvə araşdırmaları mərkəzi” QSC-dən məlumat verilib.
Məlumata görə, izotopların tədarükü ilə bağlı sənədlər martın 20-ə kimi imzalanacaq. Daha sonra onlar istehsal olunması üçün Macarıstana göndəriləcək, oradan da təsdiq olumuş yol xəritəsinə uyğun olaraq Azərbaycana nəql olunacaq.
Bundan başqa, izotopların idxalı və nəql olunması üçün lisenziyaların alınması gözlənilir.
Müəssisədən bildirilib ki, sterilizə qurğusu bu ilin sentyabrına kimi istismara verilə bilər.
Qeyd edək ki, sterilizə qurğusu Bakıdan 20 kilometr məsafədə-Qobu qəsəbəsində yerləşəcək.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər