Rusiya ABŞ-ın sanksiyalarına cavab verməyə başlayıb
28.07.2017 612 0.0 0

ABŞ Konqresinin hər iki palatasında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair qanun layihəsinin qəbulundan sonra Rusiya hökuməti bu sanksiyalara cavab vermək qərarına gəlib.

 

 

 

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, avqustun 1-dən ABŞ-ın Rusiyadakı səfirliyi öz ixtiyarında olan anbarlardan istifadə edə bilməyəcək. Moskvadakı Dorojnaya küçəsində yerləşən anbarlar Rusiya hökuməti tərəfindən müsadirə olunacaq. Moskvanın Serebryanıy Bor meşə massivində yerləşən və ABŞ səfirliyinə məxsus olan bağ evi də amerikalıların əlindən alınacaq.

Bundan əlavə, rəsmi Moskva ABŞ-a sentyabr ayınadək Rusiyadakı diplomatlarının və texniki personalının sayını azaltmağı təklif edib. Belə ki, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq - 455 nəfər. “Amerika hakimiyyət orqanlarının bizim ABŞ-dakı diplomatlarımızın sayının azaldılacağına dair yeni birtərəfli addımları olacağı halda, dərhal analoji addım atılacaq. Bu hadisələr bir daha ABŞ-nın beynəlxalq məsələlərdə kəskin aqressiv mövqe tutduğunu təsdiqləyir. Öz “müstəsnalığının" arxasında gizlənən ABŞ digər ölkələrin mövqeyini və maraqlarını inkar edir”, - deyə Rusiya XİN-in açıqlamasında bildirilir.

 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib. Onu da xatırladaq ki, 2016-cı ilin sonunda Moskvanın ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq prezident Barak Obama tərəfindən ABŞ-dakı 35 Rusiya diplomatı ölkədən çıxarılıb və Rusiyaya məxsus 2 diplomatik xidmət binasına həbs qoyulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar