Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10 milyard dollar investisiya qoyub
19.11.2019 577 0
2019-cu ilin sentyabr ayında Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları artırıb.
“TASS”a istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, müvafiq ayın sonuna sözügedən göstərici 10,075 mlrd. dollar təşkil edib.
İnvestisiyaların 3,066 mlrd. dolları uzunmüddətli, 7,009 mlrd. dolları isə qısamüddətli istiqrazlara qoyulub.
Ümumilikdə isə, 2018-ci ilin yazından Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları əhəmiyyətli dərəcədə azaldıb.
Belə ki, ötən ilin aprel ayında bu rəqəm 96 milyarddan 48,7 milyarda düşüb. May ayında isə bu rəqəm 14,9 milyard təşkil edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər