Rusiya 52,5 ton meyvə-tərəvəzi Azərbaycana qaytarıb
10.11.2017 1201 0
Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb.
RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur.
Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.
Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər