Xəbər verildiyi kimi Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsi üzə çıxandan sonra bu raketlər NATO-nun şərq sərhədlərində görünüb.
Əvvəlcə ABŞ-ın kəşfiyyat peykləri “İsgəndər”lərin Kalininqrad vilayətində yerləşdirildiyini qeydə alıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib. Baltik ölkələri də daxil olmaqla NATO-nun Şərqi Avropadakı üzvləri, o cümlədən İsveç və digər Skandinaviya ölkələri bu raketlərin təsir zonasına düşür. Rusiya raketlərin Kalinqradda yerləşdirildiyini təsdiq etməklə yanaşı bu raketlərin imkanlarını da geniş təbliğ edir.
Qazeta.info Virtualaz.org-a istinadla xəbər verir ki, “Rossiya 24” telekanalı araşdırmaçı-jurnalist Arkadi Mamontovun Kalininqraddan, “İsgəndər”lərin mövqeyindən hazırladığı filmi bu axşam efirə verəcək. Həmin filmdən fraqment anons kimi yayılıb.