RUSİYAYA GİRİŞ ÇƏTİNLƏŞDİ
26.01.2015 1004 0.0 0

Rusiyada xarici turistlər üçün bu gündən yeni qayda qüvvəyə minir. Rusiyaya Səyahətlər Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb ki, yeni qaydaya görə, turistlər Rusiyada getmək istədikləri və gəzməyi planlaşdırdıqları şəhərlərin, yaşayış məntəqələrinin siyahısını verməlidirlər.

Verilən xəbərə görə, Rusiya Federal Miqrasiya Xidməti isə həmin ərazilərə səfər üçün dəvətnamə, eləcə də dəvətnaməni verən şəxsin və ya təşkilatın adını tələb edəcək. Bütün viza növlərində bu informasiya olmalıdır.

ATOR yeni qaydaların Rusiyada turizm sənayesinə ziyan vuracağını bildirib.//AnsPress

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar