RUSİYA XİN AZƏRBAYCAN VƏ ERMƏNİSTANA ÇAĞIRIŞ ETDİ
05.02.2015 833 0.0 0

Rusiya Azərbaycan və Ermənistanı gərginliyi azaltmağa, münaqişənin eskalasiyasına səbəb olacaq addımlardan çəkinməyə çağırır”. 

 Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
 
Rusiya XİN-in sözçüsü bildirib ki, bu ilin yanvar ayı ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi pozulub, diversiya-təxribat qruplarının fəaliyyəti aktivləşib: “ATƏT-in monitorinq missiyasının məlumatına görə, təkcə yanvar ayı ərzində münaqişə zonasında 12 nəfər ölüb, 18 nəfər yaralanıb. Aydındır ki, ölənlərin faktiki sayı daha çox ola bilər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin yanvarın 27-də Azərbaycan xarici işlər naziri ilə Krakovda keçirilən görüşün yekunlarına dair verdikləri bəyanatda münaqişə tərəfləri atəşkəs rejiminin şərtlərinə əməl etməyə çağırılıb. Bu gün Münhendə həmsədrlər Ermənistan xarici işlər naziri ilə görüşəcəklər. Görüşdə qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunacaq. Biz öz növbəmizdə, tərəfləri gərginliyi azaltmağa, münaqişənin eskalasiyasına səbəb olacaq addımlardan çəkinməyə çağırırıq”.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar