Rusiyanın Ukraynaya kömür ixracatını dayandırdığı bildirilir.
Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki, Ukrayna Enerji və Kömür Sənaye naziri Yuriy Prodan, Rusiyadan Ukraynaya olunana kömür ixracatının dayandırıldığını bəyan edib.
Rus şirkətlərin Ukraynaya etdiyi kömür ixracatını 21 Noyabrda durdurduğu ilə əlaqədar suala açıqlama verən Prodan, "kömür ixracatının dayandırılmasının dəqiq səbəblərini bilmirəm. Ancaq bu səbəblərin iqtisadi motivli olmadığını deyə bilərəm. Centrenergo və DTEK şirkətləri, aldığı kömür üçün vaxtında ödəmə edirdi" deyə açıqlama verib.
Xatırladaq ki, ölkədəki ən böyük kömür ocaqlarının olduğu şərqdəki Donbas bölgəsində may ayında başlayan hadisələrin səbəbindən, bölgədəki bir çox kömür mədənlərinin separatçıların nəzarətinə keçməsi, bəzi mədənlərin isə çalıştırılamaması səbəbilə ölkədə daş kömürü mövzusunda çətinliklər meydana gəlmişdi.
Bunun görə Rusiya və Cənubi Afrikadan kömür idxalatı mövzusunda qərar alınarkən, rəsmi məlumatlara görə, ölkənin kömür ehtiyacının ödənməsi üçün aylıq 1-1,2 milyon ton kömür idxal edilməsi nəzərdə tutulmuşdu.