RUSİYA NARAHTÇILIĞINI BƏYAN ETDİ
13.11.2014 1421 0
"Rusiya Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində dünən baş verən hadisədən ciddi narahatlıq keçirir".
Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi ATƏT-in Minsk Qrupunun 12 noyabr tarixli bəyanatında öz əksini tapıb: "Biz tərəfləri mövcud vəziyyətin gərginləşdirməyə yönələn addımlardan çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərliyini Soçi, Nyu-Port və Parisdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair görüşlərdə verilən bəyanatlara əməl etməyə çağırırıq. Münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair tərəflərin öz üzərinə götürdükləri məsuliyyəti xatırlatmaq istəyirik".//APA
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər