RUSİYA GİZLİ SİLAHINI NÜMAYİŞ ETDİRƏCƏK
22.11.2014 1521 0.0 0

Gələn il Rusiya gizli saxladığı hərbi texnikasının istehsalına başlayacaq.

 Xatırladaq ki, bu barədə Rusiya mətbuatı yazır.

Xəbərdə bildirilir ki, Rusiya Silahlı Qüvvələri "Aramata" adlı zirehli ağır hərbi texnikası ilə təmin ediləcək.

Hərbi texnikanın istehsalına 2015-ci ilin yanvar ayından başlanacaq. Hətta yeni hərbi texnikanın bir hissəsi gələn il Moskvada keçiriləcək Qələbə paradında nümayiş etidirləcək.

Lakin hərbi texnika barədə ətraflı məlumat verilmir.

Rusiyanın gizli saxladığı bu yeni hərbi texnika barədə ABŞ-ın "The National Interest" jurnalında da məqalə dərc edilib. Bildirilir ki, Rusiyanın ABŞ-la münasibətlərinin bu qədər kəskin korlandığı bir vaxtda yeni hərbi texnikanın, gələcəyin maşınının istehsalına başlaması diqqət çəkir.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar