RUSİYA ABŞ-A XƏBƏRDARLIQ EDİB.
19.12.2014 760 0.0 0

Rusiya-Amerika münasibətləri uzun müddətə pozula bilər.

Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bu xəbərdarlığı ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbəti zamanı səsləndirib.

Rusiya XİN nümayəndəsinin verdiyi məlumata görə, Lavrov ABŞ prezidenti Barak Obamanın imzaladığı yeni qanunun Moskva ilə Vaşinqton arasında normal münasibətlərin uzun müddətə pozulmasına səbəb ola biləcəyini bildirib.

"Ukraynanın 2014-də azadlığına dəstək barədə" (Ukraine Freedom Support Act 2014) qanunda Rusiyaya qarşı ABŞ tərəfindən yeni sanksiyaların yeridilməsi nəzərdə tutulub. 

ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə yol açan yeni qanunu imzaladıqdan sonra bildirmişdi ki,şəxsən özü Rusiyaya qarşı yeni sanksiyaların dərhal yeridilməsi ilə bağlı ölçülər həyata keçirmək fikrində deyil.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar