Rusiya hərbçilərinin mayın 9-da İrəvanda və Gümrüdə hərbi parad keçirəcəkləri barədə bəyanatı Ermənistan Müdafiə Nazirliyini gülünc vəziyyətə salıb.
Məlumata görə, İrəvanda dərc olunan “Haykakan jamanak” qəzeti Müdafiə Nazirliyinin bu məsələdən xəbərsiz olduğunu yazıb.
Rusiya Federasiyasının Cənubi-Qafqaz hərbi dairəsinin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir ki, parad Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək. Qəzetin yazdığına görə, hərbçilər bunun üçün yerli dövlət orqanlarından icazə belə istəməyiblər.
Adətən, Ermənistan Qələbə bayramı ilə bağlı parad keçirmirdi. Amma Ermənistan Avrasiya İttifaqına daxil olduğundan onun silahlı birləşmələrini fəaliyyəti Moskvdan kordinasiya edilməyə başlayıb. Ermənistan rəsmən müstəmləkə vəziyyətinə salındığına görə, ruslar parad üçün icazə almağa da ehtiyac duymayıblar.
İrəvanda Moskvanın bu qərarı böyük təşvişlə qarşılanıb. Ermənilər yanvar ayında Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünün rus əsgər Permyakov tərəfindən qətlə yetirilməsindən sonra istənilən bu cür tədbirə böyük narahatlıqla baxırlar./anspress/