RUS ƏSGƏRLƏRİ UKRAYNAY GİRDİ
09.02.2015 775 0.0 0

Lisenko Rusiyanın şərqdə işğal edilən bölgələrə silah, sursat və yanacaq yardımını davam etdirdiyini bildirərək, "8 Fevral tarixlində, İzvarino sərhəd qapısından 1500 Rus əsgəri ilə 300-dən çox hərbi texnika Ukraynaya daxil olub" deyə bəyan edib. Sözü gedən  hərbi qüvvələrin Luqansk, Debaltsevo və Antratsit şəhərlərinə doğru irəlilədiyini bildirən Lisenko, hərbi texnikaların arasında çox lüləli ağır raket sistemləri də olduğunu deyib.

Bundan başqa Lisenko son 24 saatda separatçılarla yaranan qarşıdurmalarda Ukraynalı 9 əsgərin həyatını itirdiyini, 27 əsgərin yaralandığını, separatçıların şərqdəki Ukrayna əsgərlərinin mövqe aldığı nöqtələrə ağır silahlarla 100-dən çox hücum təşkil etdiyini ifadə etdib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar