Rus əsgəri belə alçaldıldı (VİDEO, FOTO)
22.01.2016 1013 0.0 0

Rusiyada tabeçiliyində olan iki əsgəri döyən komandirə cinayət işi açılıb. Məlumata görə, vəzifə səlahiyyətlərini aşdığına görə, komandir 10 il həbs oluna bilər.

45 yaşlı Stanislav Kazakeviç zorakılıq tətbiqiylə vəzifə səlahiyyətlərinin aşılmasında ittiham olunur. Rusiyanın Krasnodar vilayətində Qelendjik şəhər hərbi hissələrinin birində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra rəsmi orqanlar hərəkətə keçib. Kazakeviçin növbə zamanı postda yatan əsgərləri döyməsi digər əsgərlər tərəfindən gizlin çəkilərək yayılıb.

 


Hadisə anı

“Bu iş üzrə bütün lazımlı materiallar artıq Krasnodar qarnizonu hərbi-istintaq bölməsinə daxil olub. Cinayət işi "zorakılığın tətbiqiylə vəzifə səlahiyyətlərinin aşılması" maddəsilə qaldırılıb”, - deyə Novorosiyski qarnizonunun hərbi prokuroru Dmitri Roqov deyıb.

 

Qelendjik şəhəri xəritədə

Daha əvvəl məlum olmuşdu ki, bir müddət əvvəl döymə hadisəsi ilə bağlı bu hərbi hissədə aparılan yoxlamalar zamanı həmin zabit Novorosiyski qarnizonunun başqa hərbi hissələrindən birinə köçürülüb. Hərbi hissə rəhbərliyi bunu başqa hərbi qulluqçuların təzyiq göstərməsi səbəbindən edildiyini qeyd edib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar